8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü DANIŞDI:Balışı götürəndə...


12:39     09 İyul 2019 2019/07/1562660810_surucu_1562661629.jpg

Bu gün səhər saatlarında Bakı-Astara yolunda baş verən qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb.



Femida.az -ın "Qafqazinfo"ya istinadla verdiyi xəbərə görə, 99 LH 458 nömrəli "Mercedes" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib: "Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi, saatda 100-120 ilə gedirdim. Yuxulu deyildim. Bakıdan səhər saat 6-nın yarısı çıxmışam, 8 sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram".




Açar sözlər: #sürücü   #qəza  

Oxunub: 2405