Viza ilə bağlı bu dövlət rüsumu ləğv edilir


12:48     09 İyul 2019 viza7.jpg

Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunub.


Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, hazırda bu rüsum 4 manatdır.

Femida.az

Açar sözlər: #Viza   #Milli_Məclis  

Oxunub: 372