ETSN bu dövlət qurumunu cərimələdi - 20 min manat
13:37 09 İyul 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan “Bakı 6 №-li Yol İstismarı” MMC-ni 20 min manat cərimələyib.
MMC İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər üçün 20 min manatdan 25 min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Sabunçu Rayon Məhkəməsinin qərarından “Bakı 6 №-li Yol İstismarı” MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. / Report
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- ETSN: "Çaylarda sululuq artacaq"
- ETSN ilanbalığının ovuna icazə verilməsinin səbəbini açıqlayıb
- ETSN əhaliyə Kürün daşma təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- ETSN iaşə obyektlərinin istismarçılarına xəbərdarlıq edib
- ETSN: Gələn həftə havanın temperaturu bir qədər də yüksələcək
- ETSN: "Hazırda Sumqayıtda havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir"
- ETSN-dən xəbərdarlıq: Gecə, səhər yollar dumanlı, şaxtalı olacaq, buz bağlayacaq
- ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
- ETSN: Yanvarın 2-də gecə və səhər saatlarında dumanlı hava şəraiti davam edəcək
- ETSN: "Qeyri-sabit hava şəraiti dekabrın 25-dək davam edəcək"