DİN-dən əməliyyat: 19 nəfər saxlanılıb


14:51     09 İyul 2019 2018/02/polis_yeni_1518511611.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyndən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 396