"Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Donald Tusk


15:03     09 İyul 2019 19_07_09_1562670285.jpg

"Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir".


Femida.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda deyib.

"Azərbaycan unikaldır. Siz ənənəni və müasirliyi birləşdirirsiniz. Bugünkü mürəkkəb geosiyasi landşaftda strateji mövqeyinizə görə həm Şərqə, həm də Qərbə baxırsınız", - D.Tusk bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməkdə davam edir”, - D.Tusk qeyd edib.

“Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Avropa İttifaqı da sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, - Avropa İttfaqı Şurasının rəhbəri vurğulayıb.

Femida.az

Açar sözlər: #Avropa   #Tusk  

Oxunub: 422