Qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb


15:25     09 İyul 2019 2019/07/photo-1562670685_1562671563.jpg

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində kollegiya iclası keçirilib.


Femida.az-ın məlumatına görə, iclasda bildirilib ki, cari ilin birinci yarısında miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində 4227 müraciət daxil olub. Daxil olan müraciətlərdən 3540-ı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə əlaqədardır.

Femida.az

Açar sözlər:

Oxunub: 355


Oxşar xəbərlər