Sumqayıtda dəhşətli qətl: İntim münasibət üçün yanına getdiyi qadına 17 bıçaq vurdu (VİDEO)

Sumqayıtda dəhşətli qətl: İntim münasibət üçün yanına getdiyi qadına 17 bıçaq vurdu (VİDEO)


15:44     09 İyul 2019 2019/07/minaye-hesenli5_1562672638.jpg

Sələmçi qadının qətlə yetiirlməsi ilə bağlı təfərrüat məlum olub. Belə ki, 2018-ci ilin sentyabrın 13-də H.Z.Tağıyev qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən yataqxanada mətbəxtdə Minayə Həsənlinin meyiti tapılıb.


Femida.az xəbər verir ki, ARB telekanalında yayımlanan "kriminal" verlişində qətlin təfərrüatı və baş vermiş məkanın görüntüləri yayılıb. Qonşular yataqxanadan pis qoxu gəldiyini hiss ediblər. Bir neçə gündən sonra qoxunun Minayənin qaldığı evdən gəldiyini hiss ediblər. Qonşular qapını qırıb içəri girdikdə otaqda çürümüş qadın meyitini tapıb. Polisə xəbər veriblər. Polisin araşdırması zamanı Sumqayıt şəhər sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Müəyyən olub ki,R. Məmmədov Novxanıda bağda içki qəbul etdikdən sonra görüşmək üçün Minayə Həsənovanın evinə gəlib. Mətbəxt otağında mübahisə zamanı Rövşən Minayəyə 17 bıçaq vuraraq öldürüb.

Araşdırma zamanı daha bir şok fakt üzə çıxıb. Rövşən Məmmədov istintaq verdiyi ifadəsində deyib ki, 1996-cı ildə arvadını evdə yad kişi ilə yataqda tutduğu üçün onu öldürüb.Tərətdiyi qətldən sonra istintaqdan yayınmaq üçün Rusiyaya qaçıb. Lakin bir müddət sonra tutularaq Azərbaycana gətirilib. 1997-ci ildə 11 il müddətinə həbs olunub. Cəzasını çəkdikdən sonra 2008-ci ildə azadlığa çıxıb. 2012-ci ildə Gülşən Həsənova adlı qadınla ailə həyatı qurub. O vaxtdan Tağıyevdə yerləşən yataqxanada yaşayıb. Həmin vaxt qonşuluqda olan sələmçi Minayə adlı qadınla tanış olub. Məlum olub ki, Minayə sələmə pul verdiyi üçün hamı ondan qorxurmuş. Rövşən ondan pul götürüb, daha sonra qaytara bilməyib. Pulu qaytara bilmədiyi üçün Minayənin evini pulsuz təmir edib. Həmin vaxt onlar arasında bir neçə dəfə intim münasibətlər olub. Bu əlaqə Rövşənin ailəsinin dağılmasına səbəb olub. Ailəsindən ayrıldıqdan sonra Rövşən yenə Minayə ilə münasibətini davam etdirib. Sonuncu dəfə 2018-ci ilin sentyabrın 10-da qadının yaşadığı yataqxanaya gəlib. Qadın onun içkili olduğunu gördükdə əsəbləşib. Hər ikisi evə daxil olub. Minayə evdə əsəbiləşərək bıçağı götürərək Rövşəni evdən çıxmağa tələb edib. Bu zaman aralarında əlbəyaxa dava düşüb. Rövşən onu yerə yıxaraq 17 bıçaq vuraraq evdən qaçıb. Məhkəmənin hökmü ilə R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunub.

Qətlin baş verdiyi ərazidən videonu və ətraflı vidoenu təqdim edirik:


Açar sözlər:

Oxunub: 1462