Ziya Bünyadov prospektində qəza - Piyadanı maşın vurub öldürdü


15:45     09 İyul 2019 piyada5.jpg

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 553