Sabunçuda 4 otaqlı ev yanıb


16:19     09 İyul 2019

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən Femida.az-a məlumat verilib.

Bildirilir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 377