Boks millimizin baş məşqçisi istefa verdi


18:04     09 İyul 2019 19_07_09_1562675260.jpg

Azərbaycanın boks millisinin baş məşqçisi Vaqif Şirinov istefa verib.

Femida.az-ın xəbərinə görə, bunu təcrübəli mütəxəssisin özü şəxsi “Facebook” səhifəsində elan edib.

Qeyd edək ki, 2017-2019-cu illərdə gənclər millimizdə baş məşqçi işləmiş V.Şirinov ötən ilin noyabrında əsas yığmaya çalışdırıcı təyin olunmuşdu. Onun rəhbərliyi altında gənclər millimiz Avropa çempionatında dörd qızıl, iki gümüş və beş bürünc medal qazanmışdı.


Boks millimiz yeniyetmələrin Olimpiya Oyunlarında bir bürünc medal qazanmışdısa, II Avropa Oyunlarında aktivimizə bir qızıl və bir bürünc medal yazılmışdı.

Açar sözlər:

Oxunub: 394