Sumqayıtda təbii qazın verilməsində məhdudiyyətlər olacaq


16:30     09 İyul 2019 19_07_09_1562675968.jpg

Sumqayıtda "Şəhər 4" orta təzyiqli yeraltı qaz kəmərində baş vermiş sızma nəticəsində sabah şəhərin bir sıra ərazilərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.


Sumqayıt Qaz İstismarı Sahəsindən Femida.az-a verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 10-da saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrin, 11, 12, 13, 20, 21-ci mikrorayonların, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağları, Yaşıldərə yaşayış massivində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Açar sözlər:

Oxunub: 418