DİN şəhid xanımının bölməyə hücumunun VİDEOSUNU YAYIB


16:47     09 İyul 2019 2019/07/şəhid_1562676506.jpg

Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin görüntülərini paylaşıb.





Görüntülər nazirliyin rəsmi “Facebook” hesabında yayımlanıb.

Videodan görünür ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu Qorxmaz Cahangirovun saxlanıldığı bölməyə gələrək orada polislərə təzyiq göstərib. Qadın polis əməkdaşlarından birinə hücum edib və onun üzünə yumruq vurub.

Sonra A.Əliyeva bölmənin qapısının şüşəsini sındırıb.

Nazirlikdən bildirilib ki, A.Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır.

Açar sözlər:

Oxunub: 5551