Ağstafada 1 ədəd top mərmisi gilizi tapılıb
18:20 09 İyul 2019
Ağstafa rayonunda 1 ədəd top mərmisinin gilizi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, iyulun 9-da saat 12:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd top mərmisinin gilizi(tərkibində heç bir partlayıcı maddə olmayan) aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınb.
Gilizin ətrafında 250 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxunub: 354
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb
- Ağstafada 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb