Qadından şantaj yolu ilə pul tələb edən şəxsə hökm oxunub


18:36     09 İyul 2019 hokm5.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın məlumatına görə, prosesdə prokuror çıxış edərək təqsirləndirilənin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, D.Gəncaliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daşqın Gəncaliyev Sevda Quliyeva (ad-soyad şərtidir) ilə tanış olub. Bundan sonra onlar arasında isti münasibət yaranıb. Daşqın Gəncaliyev Sevda Quliyevaya hədə-qorxu gələrək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında Daşqın Gəncaliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 388