Göygöldə 52 yaşlı qadın küçədə döyülüb


18:49     09 İyul 2019 qadin%20doyulub.jpg

Göygöl rayonunda 52 yaşlı qadın tanışı tərəfindən döyülüb.



Femida.az-ın məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı yaxınlığında qeydə alınıb.

Belə ki, mübahisə zəminində küçədə tanışı tərəfindən döyülən 1967-ci il təvəllüdlü N.Q. müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 357