Sumqayıt bulvarında Xəzərə düşən şəxs xilas edildi


17:45     09 İyul 2019 big_1404314237_bogulma.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 385