İranın Qərbi Azərbaycan əyalətində 3 SEPAH hərbçisi öldürülüb


22:35     09 İyul 2019 19_07_09_1562697409.jpg

İranın qərbindəki Qərbi Azərbaycan əyalətində terrorçuların hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbi qulluqçusu öldürülüb, daha bir nəfər yaralanıb.

Femida.az -ın məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Qərbi Azərbaycan bölgəsi üzrə qüvvələrin komandanı general Həbib Şəhsuvar deyib.

Məlumata görə, hücum İranın Piranşəhr şəhərində baş verib. Bildirilir ki, silahlılar ərazidə patrul xidməti aparan hərbi qulluqçuların olduğu nəqliyyat vasitəsini atəşə tutub.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Açar sözlər:

Oxunub: 384