Ağdaşda avtomobil aşıb, bir nəfər ölüb, 5 nəfər isə xəsarət alıb


22:55     09 İyul 2019 19_07_09_1562697506.jpg

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisində qeydə alınıb. "BMW" markalı minik avtomobilinin yol kənarındakı betona çırpılaraq aşması nəticəsində Ağdam rayonundan olan və Mingəçevirdə məskunlaşan şəxslər - 1977-ci il təvəllüdlü Mehrəliyev Ramin Yusif oğlu, 1981-ci il təvəllüdlü Əmirov Zaman Rasim oğlu, 1976-cı il təvəllüdlü Quliyev Əmrah Almaz oğlu, 1997-ci il təvəllüdlü Əmrəliyev Seyfəddin Əli oğlu, 1996-cı il təvəllüdlü Əmrəliyev Niyaməddin Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ramin Mehrəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 4 yaralı Ağdaş Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan, adı hələlik məlum olmayan bir nəfər isə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 392