Ağcabədidə ferma yanıb


09:01     10 İyul 2019 yangin_38673636.jpg


Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Salmanbəyli kəndində ümumi sahəsi 1050 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 480 m² sahədə, içərisinə yığılan 30 ton ot bağlamasının 10 tonu və yaxınlıqda ümumi sahəsi 222 m² olan qamışdan ibarət tövlə yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 320