İki nəfər boğulmaqdan son anda xilas edildi


09:08     10 İyul 2019 denizde-boguldu.jpg


Ötən gün batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, ötən gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 433