Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edildi


09:12     10 İyul 2019 2019/07/621E37EC-8971-40A7-887B-555346B6050D_1562735022.jpeg


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 336