Zavodun söküntüsü zamanı fəhlə öldü


09:24     10 İyul 2019 19_07_10_1562735990.jpg

Yexlav rayonunda söküntü zamanı yıxılan fəhlə vəfat edib.

Femida.az -ın verdiyi xəbərə görə, iyunun 27-də "Yevlax Yun" ASC-də söküntü aparan fəhlə 1972-ci il təvəllüdlü Eyvaz Məmmədovun üzərinə şiferdən ibarət dam örtüyü qırılaraq düşüb. Nəticədə E. Məmmədov hündürlükdən yıxılaraq xəsarət alıb. Onu əvvəlcə Yevlax rayon mərkəzi xəstəxanasına yerləşdiriblər. Daha sonra vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Respublika Klinik Xəstəxanasına gətirilib.

E. Məmmədov iyulun 9-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, söküntü işləri heç bir sənəd olmadan aparılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 395