Prezident onları təltif edib

Prezident onları təltif edib


09:38     10 İyul 2019 19_07_10_1562736447.jpg

Prezident İlham Əliyev iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları da var.

Prezidentin sərəncamı ilə Ələkbərli Vüsal Ziyad oğlu və Cəfərov Nadir Yavər oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Açar sözlər:

Oxunub: 170