Ən böyük feministin doğum günüdür


15:54     19 May 2018 ataturk%20feminist.jpg

Qadın hüquqları, uzun və çətin mübarizələr nəticəsində əldə edilir. Bu hüquqları əldə etmək üçün bəzi ölkələrdə indi mübarizələr getməkdədir.


Bu baxımdan türk qadını özünü xoşbəxt hesab edə bilər. Çünki türk qadını qadının ictimai statusunu qiymətləndirən bir liderə sahib olub. Bu lider Atatürkdür. Atatürk türk qadınına bir işıqlı yol təqdim edib. Bu yol vasitəsilə türk qadını öz gələcəyinə ümidlə baxmaqdadır. Atatürk müasir Türk qadınını yaratmaq üçün müxtəlif islahatlara başladı.



Atatürk islahatlarının ən əhəmiyyətlisi təhsil mövzusundakı yenilik idi. ".. qadınlarımız, kişilərdən daha aydın, daha feyizli, daha çox məlumatlı olmağa məcburdurlar ..." – deyərək sanki qadınların təhsil alması üçün yeni eranın əsasıını qoydu. Beləcə, qızlarımıza ibtidai məktəb ilə birlikdə, orta məktəb, lisey və hətta yüksək təhsilə katılabilme fürsətini təmin etdi.

Atatürk hüquq sahəsində də Türk qadını üçün yeni tənzimləmələr gətirib. 1926-ci ildə qəbul edilən Türk Mədəni Qanunu ilə daha əvvəl qüvvədə olan İslam Mədəni Qanunları bir-bir ortadan qaldırıldı. Bu qanun ilə yəni 1926 Türk Mədəni Qanunu ilə Türk qadınına konstitusional haqqlar verildi.

Bu hüquqlar bunlardır:

- Kişilərin çox qadınla evliliyi qadağan edildi.

- Birarvadlılıq hökmü müəyyən edildi.

- Boşanma haqqında qərar səlahiyyəti məhkəmələrə verildi. Boşanmada qadın, kişilə bərabər haqqlara sahib oldu.

- Evlilik əməliyyatları rəsmi qeydlər daxilində, evlilik məmurları tərəfindən edilməsi nəzərdə tutulurdu.

- Qadının variliyi hüquqi təminatları qəbul edildi. Qadın mirasda bərabər hüquqlara qovuşdu.

- Qadınlara, kişilərlə eyni işlərdə iş və bərabər haqq almaq hüququ tanındı.


Bütün bunlardan çıxan nəticə budur ki, bu gün Türk qadını özünə fürsət bərabərliyi tanındığında öhdəsindən gələ bilməyəcəyi heç bir şey yoxdur. Hazırda türk qadını irəlini görməkdədir. Öz ayaqları üzərində durmağı bacarır. Onun türk dünyasına qadın hüquqları ilə bağlı bəxş etdiyi yeni baxış hazırda dünya qadın hüquqlarının müdafiəsində təməl prinsiplər rolunu oynayır. Hazırda qadın hüquqları müdafiəçiləri tez-tez Atatürkün ideyalarına istinad edirlər.

Doğum günün mübarək, Atatürk!







Ceyhun Əhmədli

Femida.az

Açar sözlər: #Atatürk   #Doğum   #Türkiyə   #Atamız  

Oxunub: 1950