Azərbaycanlı “Lexus”la qəza törətdi - Ölən və yaralananlar var


10:02     10 İyul 2019 19_07_10_1562738589.jpg

Rusiyanın Ryazan şəhərində “Lexus” və “KIA Rio” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər ağır xəsarət alıb.


Femida.az -ın “Ryazan Onlayn” portalına istinadən verdiyi xəbərə görə, hadisə iyulun 7-də şəhərin Sitnikovsk küçəsində qeydə alınıb.

İnsident nəticəsində “Kia Rio”nun 36 yaşlı qadın sürücüsü, Ryazan şəhər sakini hadisə yerindəcə ölüb.

“Lexus”un sürücüsü, eləcə də onun 31, 23 və 6 yaşlı sərnişinləri yaralanaraq xəstəxanaya yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumatına görə, qəzanı Mixaylov şossesi istiqamətində hərəkət edən “Lexus” markalı avtomobilin sürücüsü, 25 yaşlı azərbaycanlı törədib. Belə ki, o, önündə gedən avtomobilin qarşısına keçmək istəyib, bu zaman inomarka ilə toqquşma baş verib.

Sözügedən şəxs sürücülük hüququndan məhrum edilib. Ona qarşı cinayət işi açılıb, həmçinin barəsində inzibati həbs qərarı verilib.

Açar sözlər:

Oxunub: 633