İntihar edən qız Avropa çempionu olmayıb - AÇIQLAMA

İntihar edən qız Avropa çempionu olmayıb - AÇIQLAMA


10:35     10 İyul 2019 intihar.jpg

Dünən Bakıda intihar edən Aynur Əfqan qızı Məmmədzadənin gimnastika üzrə Avropa çempionu olmadığı ortaya çıxıb.


Bu barədə məlumatı Femida.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. O bildirib ki, gimnastika millisində heç vaxt belə adda idmançı olmayıb.

Qeyd edək ki, APA Aynur Məmmədzadənin Avropa çempionu olduğu barədə məlumat yaymışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 892