Putin iki ayda iki dəfə Türkiyə gedəcək

Putin iki ayda iki dəfə Türkiyə gedəcək


11:25     10 İyul 2019 19_07_10_1562743505.jpg


Rusiya prezidenti Vladimir Putin növbəti iki ayda iki dəfə Türkiyəyə səfər edəcək.

Femida.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən dövrdə İstanbulda Suriya mövzusunda iki toplantı olacaq.

Avqustda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və iranlı həmkarları Putin və Həsən Ruhani ilə görüşəcək. Toplantıda Suriyadakı son vəziyyət müzakirə ediləcək.

Sentyabrın əvvəlində isə İstanbulda Suriyaya dair zirvə toplantısı keçiriləcək. Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə İstanbulda təşkil ediləcək görüşdə Suriya məsələsinin hərtərəfli həlli müzakirə olunacaq.

Amin

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 214