İntim münasibətdə olduğu qadını şantaj edən şəxsə - HÖKM OXUNDU


12:30     10 İyul 2019 mehkeme1.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Daşqın Gəncəliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daşqın Gəncaliyev Sevda Quliyeva (ad-soyad şərtidir) ilə tanış olub. Bundan sonra onlar arasında isti münasibət yaranıb. Daşqın Gəncaliyev Sevda Quliyevaya hədə-qorxu gələrək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında Daşqın Gəncaliyev həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər: #məhkəmə   #intim   #həbs   #qadın  

Oxunub: 662