Çay kənarına dincəlmək əvəzinə narkotik əkməyə gedirmiş - FOTO
12:55 10 İyul 2019
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Göytəpə kəndi ərazisindən keçən Əyriçay çayının kənarında xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 30 ədəd çətənə bitkisi və sellofan torbada 325 qram qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində orada narkotik tərkibli bitkilər yetişdirən şəxsin rayonun Göytəpə kənd sakini, əvvəllər də məhkum olunmuş 46 yaşlı Rahil Mirzalıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
Oxunub: 919
Oxşar xəbərlər
- Zəngilanda 1 tondan çox çətənə məhv edilib
- Maştağa sakininin həyətində 15 mindən çox çətənə kolu aşkarlanıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
- Ağdaşda 430 çətənə kolu məhv edilib
- İsmayıllıda 1,5 ton çətənə kolu məhv edilib
- Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib
- Yevlaxda çətənənin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib