Qətərin iki qırıcısı havada toqquşdu


13:02     10 İyul 2019 19_07_10_1562749404.jpg

Qətər Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə havada toqquşub. Femida.az -ın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, pilotlar zamanında katapult edə biliblər. Onların səhhəti barədə informasiya yoxdur.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Açar sözlər:

Oxunub: 368