Şirvanda silahlı insident - İki nəfər öldürüldü
14:38 06 Noyabr 2015
Şirvan şəhərində silahlı insident baş verib.
Hadisə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verib.
“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə “krutoy Elvin” kimi tanınan) qətlə yetirilib.
Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.
Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb olunması gözlənilir.
Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.(apa)
Oxunub: 1210
Oxşar xəbərlər
- Şirvanda qadını keçmiş əri bıçaqladı
- Şirvanda itkin düşən qardaş-bacı tapılıb
- Şirvanda əməliyyat keçirildi - Tutulan var
- Şirvanda regional ictimai müzakirə keçirilib
- Şirvanda kabel oğruları tutulub
- Şirvanda üç otaqlı ev yanıb
- Şirvanda maşın qadını vurub
- Şirvanda oğurluq anı kameraya düşdü - VİDEO
- Şirvanda iki nişanlı qız itkin düşüb
- Şirvanda içməli su təchizatı yaxşılaşdırılır