Türkiyədə 15 iyul çevrilişinə cəhd edənlərə hökm oxundu


14:36     10 İyul 2019 19_07_10_1562755657.jpg


Türkiyədə 15 iyul 2016-cı il çevrilişinə cəhd edən FETÖ-çülərə hökm oxunub.

Ankara 19-cu Ağır Cəza Məhkəməsində baş tutan növbəti prosesdə 8 şübhəli şəxs barəsində ağırlaşdırılmış həbs, 25 nəfər barəsində isə ömürlük azadlıqdan məhrumetmə qərarı verilib.

Daha öncə haqqında ağırlaşdırılmış həbs qərarı verilən eks-general- mayor Ahmed Bican Kırker “qəsdən adam öldürmək” maddəsi üzrə ömürlük həbs edilib. O, həmçinin qazi Necməddin Utuşun yaralanmasına görə 16 il azadlıqdan məhrum edilib. Eyni maddə üzrə şübhəli Harun Buluta 13 il 4 ay müddətinə iş verilib.

Emin Günerin şəhid olmağına görə məsuliyyət daşıyan Burak Çakır və Ahmet Faruk Çavuş ayrılıqda 25 il müddətinə azadlıqdan məhrum olunub.

Bundan başqa, keçmiş polkovniklər Mehmet Sıddık Çobana 14 il 2 ay, Muharrem Erdemə 12 il 6 ay müddətinə həbs cəzası verilib.

Eks-polkovniklər Süleyman Karaca və Sefa Alkana bəraət verilib. / qafqazinfo

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 345