DİQQƏT! - Həftəsonu temperatur 8 dərəcə enəcək, güclü külək olacaq
15:25 10 İyul 2019
"Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir".
Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır: "Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər. Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir".
Femida.az
Oxunub: 698
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
- Sabah Bakıda külək olacaq, rayonlarda yağış yağacaq
- Bakıda külək əsəcək, rayonlara yağış yağacaq
- Küləkli hava iyunun sonuna qədər davam edəcək
- Sabah Bakıda və rayonlarda güclü külək əsəcək
- Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq