Məşhur xəstəxanada qadın uşaqlıq əməliyyatında öldü – Cinayət işi başlandı


16:17     10 İyul 2019 19_07_10_1562761103.jpg

Moskvanın nəhəng, məşhur klinik diaqnostik mərkəzi olan "Medsi” klinikasında 37 yaşlı qadın üzərində planlı histerorezektoskopiya əməliyyatı zamanı xəstə ölüb. Uşaqlıq orqanında aparılan invaziv metod zamanı xəstə qəfildən həyatını itirib.


Moskva prokurorluğu məsələ ilə təhlükəsiz qaydalarına cavab verməyən xidmətə və insan həyatı ilə ehtiyatsız davranışa görə cinayət işi və araşdırmaya başlanılıb.

"Medsi” rəhbərliyi bildirib ki, bütün hazırlıq, əməliyyat və gedişat standartlara uyğun aparılıb, heç bir həkim səhvinə yol verilməyib. Əməliyyatın sonunda xəstədə qəfildən ağırlaşma başladı. Ölüm səbəbini tibbi məhkəmə ekspertizası araşdırıb təyin edəcək və klinika bütün lazımi sənədləri, eləcə də əməliyyatxanadan videogörüntünü təqdim edib.

Açar sözlər:

Oxunub: 695