Bu il Bakıda yol qəzalarında 77 nəfər ölüb
16:33 10 İyul 2019

Bu ilin 6 ayı ərzində Bakıda qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb.
Femida.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirədə deyib.
O qeyd edib ki, hesabat müddətində 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb”.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Qəza bu rayonları qazsız qoydu
- Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
- Bakıda qəza törədən qadın sürücü gərginlik yaradıb (VİDEO)
- Qəzaların dağıtdığı sədlər təmir edilir - Hərəkət məhdudlaşdırılacaq
- DYP-dən həyacan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- İki piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı cinayət işi başlandı
- Xətai rayonunda baş verən qəzada bir nəfər öldü
- Qubada "gəlin maşını" qəzaya düşüb - FOTO
- Xaçmazda 5 nəfərin xəsarət aldığı qəza ilə bağlı məhkəmə başlayır