Bakıda məktəbli uşaqlara qarşı cinayət törədən şəxs hakim qarşısında
18:27 10 İyul 2019
Bakıda məktəblilərə qarşı soyğunçuluq etməkdə təqsirli bilinən Təbriz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Araz Hüseynovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası iyul ayının 18-nə təyin olunub.
Bu ilin aprel ayında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra naməlum şəxsin oğluna yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.
Həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan paytaxt sakini Təbriz Zeynalov şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha üç məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.
T.Zeynalova Cinayət Məcəlləsinin 180.2.2-ci (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.
Oxunub: 354
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb