Azərbaycanda soğan kəskin ucuzlaşa bilər
17:28 10 İyul 2019
Azərbaycanın əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
“Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manata qədər düşəcəyini proqnozlaşdırır. Qiymətlərin bu səviyyədən də aşağı olacağı istisna edilmir. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə azaldır", - deyə o, qeyd edib.
Oxunub: 443
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib