Nardaran hadisələrinə görə həbs olunmuş şəxs azadlığa buraxıldı
17:44 10 İyul 2019
Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhbusun səhhətində ciddi problem olduğundan onun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi. Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Müalicə Müəssisəsində müraciətə baxaraq onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs edilib. Lakin bir müddət sonra polis nəzarətinə buraxılıb. 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. / Report
Femida.az
Oxunub: 362
Oxşar xəbərlər
- Nardaranda şəhidin dəfnində insident yaşanıb
- Nardaran hadisələrinə görə həbs edilən 29 şəxs əfv olundu - SİYAHI
- Nardaranda qəbristanlıqda silah-sursat tapılıb
- Nardaranda əl qumbarası, patronlar aşkarlandı
- Tapança satan Nardaran sakini tutulub - FOTO
- Nardaranda əl qumbarası tapılıb
- Nardaran sakini silahını polisə təhvil verdi
- Nardaranda qəbiristanlıqda mərmi və əl qumbarası tapılıb
- Nardaran sakini silahını polisə təhvil verib
- Nardaranda əməliyyat - Silah aşkarlandı