Pakistanda ağır qəzada 9 nəfər ölüb, 67 nəfər yaralanıb

Pakistanda ağır qəzada 9 nəfər ölüb, 67 nəfər yaralanıb


09:14     11 İyul 2019 19_07_11_1562821497.jpg

Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin və yük qatarları toqquşub.

Femida.az “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər həlak olub, 67 nəfər yaralanıb.


Yerli hökumət rəsmilərinin sözlərinə görə, Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb.

Yaralılardan 11-nin uşaq olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 149