Qarpızdan zəhərlənən qadın öldü - Biləsuvarda


09:43     11 İyul 2019 19_07_11_1562823849.jpg


Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.


Hadisə ötən gün rayonun İsmətli kəndində baş verib.

27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib.

Araşdırma aparılır.

Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan ora gəlin köçdüyü bildirilir. / qafqazinfo

Femida.az

Açar sözlər: #qarpız  

Oxunub: 504