Komitə sədrinin qəbul vaxtı dəyişdirilib


10:23     11 İyul 2019 19_07_11_1562826221.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən Femida.az -a bildiriblər ki, qəbul iyulun 25-də keçiriləcək.

Qeyd edək ki, DQİDK sədrinin müavinlərinin keçirəcəyi vətəndaş qəbullarının tarixi dəyişilməz olaraq qalıb. Qəbullar 30 iyul tarixində Zaqatala və Balakən rayonlarında keçiriləcək.

Açar sözlər:

Oxunub: 316