Həkimlərin maaşı gələn ildən artırılacaq


11:14     11 İyul 2019 yanlis%20hekim%20diaqnozu.jpg


“Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq”.


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq:

“Biz bunu pilot layihə zamanı da tətbiq etmişdik. İki hissə ondan ibarətdir ki, həkimin aldığı əməkhaqqı sabit olacaq və həkimin göstərdiyi fəaliyyətə görə əməkhaqqına əlavələr olacaq”.

Femida.az

Açar sözlər: #Həkim   #Maaş  

Oxunub: 927