İran katerləri Britaniyanın tankerini ələ keçirmək istədi


11:27     11 İyul 2019 19_07_11_1562830102.jpg

İran İslam İnqilabı Keşikçiləri Korpusunun beş kateri Hörmüz boğazında Böyük Britaniyaya məxsus tankeri dayandırmağa cəhd edib.

Femida.az -ın xəbərinə görə, bu barədə “CNN” Amerikanın rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, “British Heritage”ə məxsus tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşaraq ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması ilə bağlı əmr verib.

Tankeri müşayiət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasının freqatı iranlı dənizçilərin dərhal geri qayıtmalarını və tankerə mane olmamalarını tələb etdiyindən katerlər geri dönməyə məcbur olub.

İnsident ABŞ təyyarəsi tərəfindən videogörüntüyə alınıb.

“Röyters” xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyi İrana məxsus katerlərin tankeri saxlamağa çalışdığı ilə bağlı faktı təsdiqləyib.

Açar sözlər:

Oxunub: 326