Bu ərazilərdə ev tikməyin – AMEA-dan xəbərdarlıq


11:40     11 İyul 2019 trend_amea_main8.jpg

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər ehtiyatlı olmalıdırlar.



Femida.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O, Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlərə müraciət edib:

“Vulkan püskürən zaman gurultulu səs eşidilir. Püskürmə prosesi başlamazdan əvvəl isə yerin alt qatında hərəkətlərin olduğu hiss edilir. Ona görə də sakinlər diqqətli olmalıdır. Ümumiyyətlə, vulkan püskürən zaman bədbəxt hadisələrin baş verməməsi üçün yaşayış evləri kraterin yaxınlığında tikilməməlidir. Sakinlər də vulkan yaxınlığında məskunlaşmamalıdırlar. Yaşayış evləri vulkan zonasından ən azı 1 kilometr aralıda tikilməlidir. Bu cür yerlərdə həmçinin təsərrüfat işləri görmək olmaz”.

Şöbə müdiri xatırladıb ki, bu ilin sonunadək Abşeron rayonunda Bozdağ-Qobu, Xəzər dənizinin Ələt qəsəbəsindəki sahilində Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyi ehtimalı olunur:

“Hazırda Azərbaycanda vulkan zonalarında vəziyyət stabildir. Amma təbii ki, ilinin sonunadək üç vulkanın aktivləşməsi gözlənilir. Bu, proqnoz deyil. Biz dəfələrlə püskürməsi gözlənilən vulkan zonalarında olmuşuq. Həmin vulkanlardan ikisinin – Bahar və Şıxhazırlı vulkanlarının yaxınlığında məskunlaşma olmasa da, Bozdağ-Qobu vulkanının ətrafında yüzlərlə insan yaşayır”.

Femida.az

Açar sözlər:

Oxunub: 443