5 idmançımız cəzalandırıldı - Dopinqə görə
11:57 11 İyul 2019
Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Femida.az-ın Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, eləcə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.
Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. Mürsəlova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya mərzu qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanmağa başlanıb.
Orqanizmində metandienon və mestanolon metabolitləri üzə çıxan Əhmədovun da cəza müdddəti başa çatıb. Onun diskvalifikasiya dövrü 23 noyabr 2017 - 23 may 2019-cu ili əhatə edib.
Pozdnyakov metilfenidat metabolitinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanıb və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.
Ən ağır cəza isə Zeynalova verilib. O, orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanıb. Ağırlıqqaldıranın diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Azərbaycan ağırlıqqaldıranı dopinqə görə sərt cəzalandırılıb
- Dünya və dördqat Avropa çempionumuz dopinqə görə yarışlardan kənarlaşdırıldı
- Rusiyanın beşqat dünya çempionu dopinqə görə cəzalandı
- Yeddi idmançımızın medalları əllərindən alındı
- Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı
- Azərbaycan idmançılarında dopinq çıxıb
- Dopinqdən istifadə edənlər 80 min cərimələnəcək
- Daha bir idmançımızda dopinq aşkarlandı
- Daha 3 idmançımızın dopinqdən istifadə etdiyi üzə çıxdı
- Bir ildə 35 antidopinq qayda pozuntusu aşkar edilib