Taxıl sahələrinin 92,1%-də biçin başa çatıb
11:59 11 İyul 2019
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1015737 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 673696,8 hektarı buğda, 342039,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 11-nə olan operativ məlumata görə, ölkə ərazisində 935973 hektar ərazidə taxıl biçini aparılıb, 335127 hektar ərazidə arpa, 600846 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2958747 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahə artıq biçilib, buğda əkilmiş 54908 hektar sahənin 50982 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahə artıq biçilib, buğda əkilmiş 28459 hektar sahənin 27859 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 29,0 s/ha, buğda üzrə məhsuldarlıq 31,6 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- Taxıl sahələrində başlayan yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb - FHN
- Taxıl zəmilərinin 21,9 %-ində biçin başa çatıb
- Taxıl sahəsini yandıran şəxs cərimələndi
- Taxılı biçib sahəni yandıran fermeri HANSI CƏZA GÖZLƏYİR?
- Taxılçılığın inkişafına dair müşavirə keçirilib
- Taxıl əkininə hazırlıq işləri müzakirə olunub
- Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu
- Taxıl sahəsini yandırmaqda şübhəli bilinən yeniyetmələr saxlanıldı
- Taxıl sahələrini yandırlanlar cərimə olunacaq
- Taxıl sahəsinə vurulan od yaşıllığı məhv etdi