Bakıda köşklər yuyulub, obyektlərin ətrafı dezinfeksiya olunub


12:26     11 İyul 2019 19_07_11_1562833622.jpg

Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərdə yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub.


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir.

Qeyd edilib ki, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.

Açar sözlər:

Oxunub: 357