Qonaq olduğu evdən 3100 manat oğurlayıb


12:43     11 İyul 2019 hebs.jpg

Şəki sakini Bakıda qonaq olduğu evdən oğurluq edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 343