Sabahın hava proqnozu

Sabahın hava proqnozu


12:57     11 İyul 2019 19_07_11_1562835487.jpg

İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə
əvəz olunacaq, arabir güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35,
Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə
sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan,
Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 12-də hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi şimal və
qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz
20-25 dərəcə isti təşkil edəcək.

Açar sözlər:

Oxunub: 192