Tatarıstan prezidenti Azərbaycana gələcək


14:16     11 İyul 2019 19_07_11_1562841153.jpg

Tatarıstan Prezidenti Rüstəm Minnexanov bu ilin oktyabr ayında Azərbaycana işgüzar səfər etmək niyyətindədir.


Femida.az “İnterfax”a istinadən xəbər verir ki, bunu Tatarıstan prezidentinin mətbuat katibi Liliya Qalimova bildirib.

“Hazırda Tatarıstanın Azərbaycanla ticarət dövriyyəsi 58 milyon ABŞ dolları həcmindədir. Bu, çox kiçik rəqəmdir, əlaqələrimizin yaxşı dövrlərində həmin göstərici 200 milyon dollara çatıb. Prezident Minnexanovun Bakıya oktyabr ayının ikinci yarısına nəzərdə tutulmuş səfəri zamanı qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə etməklə bağlı razılıq əldə olunub”, – mətbuat katibi deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 394